Azərbaycanda görünməmiş korrupsiya:Lerikin icra başçısının MMC-ləri…
5-09-2015, 21:36
Yardımlı rayonunda baş verən korrupsiya ilə bağlı redaksiyamıza şok məlumat daxil olub.
AzFakt.com-un elektron ünvanına göndərilmiş məlumatda Yardımlı rayon icra başçısı Sevindik Hətəmov və onun müavini Mahir Mirzəyevin rayona ayrılmış pulların qısa müddətdə yaradılmış müxtəlif adlı MMC-lər tərəfindən mənimsənildiyi iddia olunur.
Məlumatda qeyd olunur ki, Sevindik Hətəmovun rayonda varlığı və yoxluğu bilinməsə də, Yardımlını Mahir Mirzəyev idarə edir:
“Özünü artıq ərəb kralı kimi aparan bu məmurun əməlləri bitib tukənmək bilmir. İllərdir rayonun büdcəsini saga-sola dagıdır, hər il yeni-yeni MMC-lər yaradıb, bütün vəsaitləri, həmin MMC-lərə köçürür”.
Məlumatda Mahir Mirzəyevin 2014-cü ilə kimi yaratdıgı MMC-lərin bir hissəsinin adları yazılıb. Həmin MMC-ləri təqdim edirik:
1. Bəhruz MMC
2. Deman MMC
3. Savalan 2008 MMC
4. Səbuhi MMC
5. Göy göl MMC
6. Naxis MMC
7. Veteran MMC
8. Caspian Fruit Co MMC
9. Amid MMC
10. Habil MMC
11. Rəşad MMC
12. Qadir 1960 MMC
13. Reyhan MMC və s.
14.Kainat 79 MMC
15. Qafqaztikintiquraşdırma MMC
16. Sanofen MMC
17. Trendservis MMC
18. RMT inşaat MMC
19. Terminal -A MMC
20. Azadlıq LTD
21. Constella MMC
22. Sistem X MMC və s.
Məlumatda iddia olunur ki, artıq bu MMC-lər fəaliyyətini dayandırıb. Çünki Mahir Mirzyev cari ildə yeni MMC-lər yaradıb. Həmin MMC-lərin adları belədir:
1. Retro inşaat MMC
2.Aktiv 2019 MMC
3.Ag Asto MMC
4.Papyalak MMC
5.Kaştasfiyer MMC
6.Ceburacka MMC
7.Lavars X4 MMC
8. Kayseri MMC
9. Uruqvay MMC
10. Nemansot 42 MMC
Məlumatda bildirilir ki, icra başçısının müavini MMC-lərin adlarını xarici ölkələrdə yeyib-içdiyi restoranların qəbzlərindən götürür…
Məqalədə adı hallanan şəxsləri də dinləməyə hazırıq.