Fazil Məmmədovun adamlarının hədə qanunları - 9 saylı Ərazi İdarəsində...

7-09-2015, 16:52           
Fazil Məmmədovun adamlarının hədə qanunları - 9 saylı Ərazi İdarəsində...
Fazil Məmmədovun adamlarının hədə qanunları - 9 saylı Ərazi Vergilər İdarəsindən şikayət

GUNDEMİNFO.AZ-ın redaksiyasına Salman Nadir adlı vətəndaş müraciət yollayaraq 9 saylı Ərazi Vergilər İdarəsinin rəisi və orada olan bir neçə vəzifəli şəxsdən şikayətçidir. Şikayətçi bizə yazır ki, mən Göyçay rayon N.Gəncəvi küçəsində Tikinti Materialları mağazasinda sahibkar kimi fəaliyyət göstərirəm.

Mən VOEN:6000712392 seriya nömrəsi ilə fəaliyyət göstərdiyim obyektdə Vergilər nazirliyinin əməkdaşları 02.07.2015 tarixdə nazirliyin 15009010200666 verdiyi qərara uyğun olaraq müşahidə yoxlaması keçirilib.

GUNDEMİNFO.AZ-A yazan sahibkar daha sonra bildirir:

- 9 saylı ərazi Vergilər idarəsinin müfəttişi Qafarov Elçin Elman oğlu müşahidə keçirməyə başlayandan bizə idarənin müdrüylə danışıq aparmaq üçün idarəyə getməyimizi istədi. Təcrübəm az olduğu üçün valideynim idarəyə yollanıb müavin Elxan Həsənovla görüşdü. Valideynimin müşahidə bitdikdən sonra büdcəyə 4000(dörd min) manat ödəməyini tələb etdi. Valideynim bu məbləği ödəyə bilməyəcəyini bildirdi. Nəhayət müşahidə bitdikdən sonra mənə boş vərəqləri imzalatdıraraq 2200 (iki min iki yüz) manat cərimə etdi. Biz cəriməni ödədikdən sonra bizə 300 (üç yüz) manat daha ödəməyimizi istəyir. Bizə daha bir dənə də İnzibati cərimə yazacağini bildirdi. Mən bu sənədə qol çəkmək istəmirəm və haqqı, sübutu əlində olmadan cərimə niyə ödəməliyəm dedikdə məni səni nə vaxtsa ilişdirib 1000(bir min) manatda səni cərimə edərik deyərək hədələyirlər.
Daha sonra vətəndaş sual edir ki, «Vergi Məccəlsi» ndə belə bir qanun varmı? Yəni ona yazılmalı olan cərimə təkrar hədə kimi yazıla bilərmi?

Mətbuat vasitəsilə əlaqədar qurumlara müraciət ünvanlayan vətəndaş probleminin həll edilməsi üçün yardım istəyir. Yazılanlarla bağlı qarşı tərəfin mövqeyini öyrənmək hələ ki, mümkün olmadı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.