Raqub Məmmədov nədən prezidentin yanında ürəklə dayana bilmir... - Başçı rəsmən qarətlə məşğuldur...
7-09-2015, 17:51
«Raqub Məmmədovun abalıq işləri aparması adıyla hər ay bizdən pul yığmasından daha bezmişik»
Bu sözlər Azerinfo.org saytına Ağdam sakini Esmira Salahovanın adından ünvalanan elektron məktubda qeyd olunub. Esmira Salahova n müavini saytımızın elektron ünvanına yolladığı məktubunda bildirir ki, Raqub Məmmədov rayona gələn gündən bütün idarə və müəssisələrə «aylıq haqq» qoyub. Baxçalardan isə ərzaq üçün ayrılan vəsaitin 50 faizini istəyir. Bundan başqa Esmira xanımın bildirdiyinə gbrə icra başçısının tapşırığına əsasən hər ay onların əmək haqqından tutulur. Bunu da rayonda aparılan abalıq işləri ilə əlaqələndirirlər.
«Biz başa düşə bilmirik ki, nəyə görə Raqub Məmmədov Quzanlıda apardığı abalıq işlərini bizim maaşımızın və uşaqların ərzaq paylarının hesabına aparır. Belə də şeyolar. Bir dəfə olar, başa düşərik, amma hər ay Raqub Məmmədov müavini Ağa Zeynalovu və Xanım Əliyevanı bizim üstümüzə yollayıb bizdən pul tələb edir. Bu özbaşınalıq nə zaman bitəcək. Mən cənab prezidentə müraciət edirəm. Biz uşaqlarmızın qarnını güclə doyururuq. Hələ üstəlik Raqub Məmmədovu da doyurmalıyıq».
Esmira xanım həmçinin onu da bildirir ki, icra hakimiyyətində məsləhətçi işləyən Xanım Əliyeva pul verməkdən imtina edənləri hədələyir. Onları işdən çıxaracaqlarını deyir. Ümumiyyətlə isə şikayətçinin sözlərinə görə Azərbaycan Polis Akademiyasının rektorunun əmisi gəlini olan Xanım Əliyeva özünü başçı müavini kimi aparır. Bir çox müəssisələrə, o cümlədən uşaq baxçalarından aylıq yığır. Baxçalara ayrılan ərzaq vəsaitlərinin 50 faizini də baxça müdirələrindən o alır.
Qeyd edək ki, məsələ ilə bağlı Ağdam rayon İcra Hakimiyyətinin mövqeyini dinləməyə hazırıq.