Mirzəcan Xəlilov YAP-ın siyahısına düşə biləcəkmi? 3-cü dəfə də bəxtini sınamaq istəyir

7-09-2015, 17:53           
Mirzəcan Xəlilov YAP-ın siyahısına düşə biləcəkmi? 3-cü dəfə də bəxtini sınamaq istəyir
Dövlət torpaqlarını suvarma adı ilə bostan əkən oliqarx 3-cü dəfə bəxtini sınamaq istəyir

Bu gün bir sıra informasiya saytlarında məlumat yayılıb ki, «Azərsutəchizattikinti» ASC-nin rəhbəri Mirzəcan Xəlilov deputat olmaq istəyir. Saytlarda informasiya verilib ki, M.Xəlilovun tabe olduğu qurum «Azərsu» ASC-yə tabedir. Lakin GUNDEMİNFO.AZ-ın apardığı araşdırmalar da göstərir ki, Mirzəcan Xəlilovun rəhbəri olduğu qurum heç də «Azərsu»ya tabe deyil və bu qurumların rəsmi olaraq bir-birinə heç bir bağlılığı yoxdur.

Sabirabad rayonunun Kovlar kəndində anadan olan Mirzəcan Xəlilov 2005-ci ildə 63 saylı Sabirabad I Seçki Dairəsindən deputatlığa namizəd olub. Hakim Yeni Azərbaycan Partiyasının siyahısı ilə deputat olmaq istəyən M.Xəlilov sonradan məğlub olub. Hazırda Heydər Əliyev Fondunun Sabirabad rayonunda rəhbəri olan M.Xəlilov 2006-ci ildə 44 saylı Sumqayıt Seçki Dairəsindən namizəd olsa da, bu dəfə də deputat mandatı qazana bilməyib.

Artıq onun təkrar olaraq 65 saylı Sabirabad-Saatlı-Kürdəmir seçki dairəsindən namizədliyini irəli sürməyə hazırlaşdığı söylənilir. Onu da əlavə edək ki, 65 saylı dairədən hazırda millət vəkili Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovdur.

Rayonda böyük imkanlara malik olan M.Xəlilov yerli əhali arasında o qədər də böyük nifuza sahib olan şəxs kimi xarakterizə edilmir. GUNDEMİNFO.AZ-a bilgi verən mənbə deyir ki, 2006-cı ildə Sabirabad Şəhərinin içməli su təchizatı ilə bağlı milyonluq tenderin qalibi olmuş «Azərsutəchizattikinti» ASC ilə bağlı korrupsiya iddiaları da olub. Lakin sonradan M.Xəlilovun təşkilatı yenidən tenderlərin qalibi olub.

2014-cü ildə sabiq deputatlığa namizəd M.Xəlilov Sabirabad rayonu ilə Kürdəmir rayonu arasındakı istifadəsiz olan 100 min hektarlarla ərazinin şoranlaşmadan yuyulması üçün tenderin qalibi olub. Meliorasiya və Su Təsərrüfatı ASC-nin xətti ilə dövlət sifarişi olan tenderin qalibi olan M.Xəlilov həmin əraziləri şoranlaşmadan təmizləyərək özü üçün bostan sahəsinə çevirib. Sabirabad rayondan olan sakinlər bu faktı təsdiqləyirlər.

GUNDEMİNFO.AZ-ın əməkdaşlarının apardıqları araşdırmalarla bağlı «Azərsutəchizatikinti» ASC haqda bilgiləri təqdim edirik:

“Azərsutəchizattikinti” ASC 1976-cı ildə 20 saylı SMD kimi yaradılıb. 1998-ci ildən “Sabirabad-Su Təchizattikinti” ATSC, 2003-cü ildən “Azərsutəchizattikinti” ASC kimi fəaliyyət göstərir. Yarandığı gündən Azərbaycan Respublikasının ərazisində, Sabirabad-Saatlı Qrup Su Kəmərinin, Salyan-Astara, Şirvan, Mil-Qarabağ Qrup Su kəmərinin tikintisini həyata keçirib.Respublikanın işğaldan azad olunmuş ərazilərinin su təchizatı obyektlərinin eləcədə Qaçqın və Məcburi Köçkünlər üçün tikilən qəsəbələrdə su təchizatı və kanalizasiya sistemlərinin tikintisini davam etdirir. Dünya Bankı, Almaniya İnkişaf Bankı və Yaponiya İnkişaf Bankının maliyyələşdirdiyi bir neçə Beynəlxalq su təchizatı sistemi obyektlərin tikintisi üçün elan olunmuş tenderlərin qalibidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.