Xaləddin İsgəndərov ölkədən qaçdı - Nələr baş verir?

3-06-2018, 18:15           
Xaləddin İsgəndərov ölkədən qaçdı - Nələr baş verir?
Binəqədi rayonunun sabiq icra başçısı Xaləddin İsgəndərov mühacirətə gedib.

Məlumata görə, sabiq başçı bir neçə gün bundan öncə ailəsi ilə birlikdə xarici ölkələrin birinə yola düşüb.

Mənbənin sözlərinə görə, X.İsgəndərov bununla bağlı icra başçısı postundan kənarlaşdırılandan sonra mühacirətə getdiyi xarici ölkədən sığınacaq da istəyib.

Qeyd edək ki, X.İsgəndərov Prezident İlham Əliyevin 2018-ci ilin 17 may tarixində imzaladığı sərəncamla vəzifəsindən kənarlaşdırılıb. O, 2012-ci ildə Binəqədiyə başçı gətirilmişdi.

Xatırladaq ki, İsgəndərov bir müddət əvvəl vəzifəsindən kənarlaşdırılan vergilər naziri Fazil Məmmədovun yeznəsidir. //interpress












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.