Rüfət Aslanlıya daha bir ZƏRBƏ - Avropa İttifaqının 100-dən artıq şirkəti narazıdır

5-06-2018, 10:46           
Rüfət Aslanlıya daha bir ZƏRBƏ - Avropa İttifaqının 100-dən artıq şirkəti narazıdır
Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqının 100-dən artıq şirkəti Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) fəaliyyətini səmərəsiz hesab edir.

"Report" xəbər verir ki, bu, Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə keçirdiyi sorğunun nəticəsində məlum olub. Sorğu 27 Aİ ölkəsini əhatə edən 400-ə yaxın şirkət arasında keçirilib.

Sorğunun nəticəsinə görə, sahibkarların 31%-i MBNP-nin fəaliyyətini səmərəsiz hesab edir.Onların 82%-i isə ASAN e-viza portalının effektivliyini yüksək qiymətləndirir.

Respondentlərin 50%-i bu il iqtisadi perspektivlərin yaxşılaşacağını gözləyir, 53%-i isə biznes fəaliyyətini genişləndirməyi planlaşdırır. Həmçinin 35% sorğu iştirakçısı işçilərinin sayını artırmağı, 36%-i kapital xərclərini artırmağı planlaşdırır. 48% respondent isə gəlirlərinin artacağını düşünür.

Aİ şirkətləri ölkədə bir sıra vacib sahələrdə islahat da təklif edib:

"20% vergi sistemində, 17% gömrük sistemində islahat istəyir. Hüquq sistemi və təhsil sistemində islahat istəyənlərin həcmi isə 12%-dir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.