"Biz ayda 350-400 manat əməkhaqqı alan işçilər bu pulu hardan verək?" - İşçiləri yeni nazirə gileyləndi

6-06-2018, 11:38           
"Biz ayda 350-400 manat əməkhaqqı alan işçilər bu pulu hardan verək?" - İşçiləri yeni nazirə gileyləndi
Redaksiyamıza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbələri adından müraciət ünvanlanıb. Narazıların DİA.AZ-a yazdığına görəinların KİV-lərə müraciətdən başqa yolları qalmayıb: "Çünki başqa çür bizi dinləyən yoxdu".

DİA.AZ-a daxil olan müraciətdə müəlliflər daha sonra əlavə edirlər: "Müraciətimiz nazirliyin “Sosial həyat” jurnalına abunə adı altında yığılan vəsaitlə bağlıdı. S.Babayev nazir təyin olunandan sonra sistemdə şəffaflığın tam təmin olunacağını vəd edib. Amma bu vədin üstündən heç bir ay keçməmiş bizdən 55 manatdan nazirliyin jurnalına abunə pulu istəyirlər. Biz ayda 350-400 manat əməkhaqqı alan işçilər bu pulu hardan verək? Bu qeyri-rəsmi yığım kimə lazımdı?

Digər tərəfdən, nazirliyin gördüyü bütün işlər, keçirdiyi tədbirlər başqa bütün KİV-də, eyni zamanda nazirliyin sosial şəbəkələrdəki səhifələrində, saytında əksinin tapır. Belə olan təqdirdə ay ərzində keçirilən köhnə tədbirləri yığıb yenidən jurnalda çap etmək kimə lazımdı? Yəni bunun üçün ayrıca jurnal saxlamaqda məqsəd nədir?

Yeni nazirdən xahişimiz odur ki, bizi bu abunə pulundan xilas etsin".

Dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.