Elmar Vəliyev daha Vidadi İsayevi qorumur - Bərdənin rəhbəri dəyişir
6-06-2018, 13:37
Yaxın günlərdə bir sıra icra başçıları tutduqları vəzifələri ilə vidalaşmalı olacaqlar. Gundeminfo.az-a daxil olan məlumata əsasən artıq bir neçə rayonun adı da müəyyən edilib. Gundeminfo.az-a daxil olan məlumata əsasən Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev yaxın günlərdə vəzifəsindən azad ediləcək. Buna səbəb kimi isə rayonda aparılan aqrar islahatların ləng getməsi, o cümlədən də sahibkarlarla bağlı narazılıqların pik həddə çatması olub. Mənbəmiz bildirir ki, Vidadi İsayev rayonda ən kiçik köşkdən belə dövlət adına planlanan tədbirlər adı altında pul yığması ilə bağlı narazılıqlar var. Rayondakı mənbələrdən Gundeminfo.az-a daxil olan informasiyada deyilir ki, artıq Vidadi İsayevin əsas himayədarı olan Gəncənin meri Elmar Vəliyev də ondan üz çevirib. Dəfələrlə rayondan Bakıya gedən şikayətləri E.Vəliyevin dəstəyi ilə önləyən Vidadi İsayev artıq vəzifəsindən alınacağının fərqindədir. Yaxın günlərdə Bərdədə sahibkarlara edilmiş təzyiqlərlə bağlı olaraq geniş araşdırmalarımızı təqdim edəcəyik. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.