Goranboy rayon təhsilində nələr baş verir - Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbində istisaslı müəllimlər.... İTTİHAM
18-09-2018, 06:42

Teref.az olraq Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlunun şikayətinin vergül və nöqtəsinə əl dəymədən oxuculara təqdim edirik. Şikayətçi yazır:
Goranboy RİH başçısının Humanitar məsələlər üzrə müavini xanım Mirvari Ağamalıyeva Goranboy Rayon Təhsil Şöbəsinin yol verdiyi qanunauyğunsuzluqlara hələ də göz yumur.
Qanunauyğunsuzluqlar aşağıdakılardır:
1. Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbində kitabxanaçılıq ixtisasını bitirib, Psixaloq vəzifəsinə gətirilib (Psixaloq- həkim deməkdir, kitabxanaçılıqla psixaloq ixtisasının nə
nə qədər fərqli olduğunu Təhsil Şobəsi bilirmi hec olmasa?), bu məktəbdə saxta diplomla işləyən müəllimlər var,
2. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsini bitirən məktəbdə direktorun təşkilatçı müavini vəzifəsində çalışır,
3. Qızılhaılı qəsəbə 2 sayli tam orta məktəbində saxta diplomla muəllim işləyənlər var,
4. Maliyye iqtisad kollecini, kənd təsərrüfatı texnikomunu bitirib,ibtidai sinifdə 5-ci ildir ki, dərs deyir, kolxoz idarəsində muhasib işləyib, vaxtı ilə məktəbdə gündüz qarolçusu (gozətçi) işləyib, bu gün ibtidai sinifdə sinif gotürüb dərs deyənlər var,
5. Qrup əlilliyi olanlar, əlilliyə görə təqaüd alanlar təhsil şöbəsində metodist vəzifəsində çalışırlar, məsləhətçilər var ki, dövlət qulluğu imtahanından, Təhsil nazirliyinin müsahibə imtahanından keçməyərək məsləhətçi vəzifəsinə yiyələniblər..
Mənim 5 ildən çox pedaqoji iş stajım var, informatika muəllimi vəzifəsində işləmişəm, bu fənn üzrə İxtisasartırma ve kurikulum kurslarından keçmişəm, SERTİFİKATLARIM var, məni qeyri pedaqoji sahəyə, komputer lobarantı vəzifesinə işə qəbul etmirlər, Səbəb? Səbəb odur ki, pulum, day-dayım yoxdur ona görə işlə təmin oluna bilmirəm.
Hörmətli Mirvari xanım bu qeyd etdiyim nöqsanlara nə səbəbə göz yumur?
Hörmətlə,
Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu
Teref.az olaraq qarşı tərəfin fikirlrini işıqlandırmağa hazırıq!
Teref.az