Azərbaycana idxal edilən kərə yağının orta qiyməti 35%-dən çox artıb

22-05-2025, 09:18           
Azərbaycana idxal edilən kərə yağının orta qiyməti 35%-dən çox artıb
2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana 65 milyon 474 min ABŞ dolları dəyərində 9 min 323.5 ton kərə yağı idxal edilib.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 59.8% və ya 24.5 milyon ABŞ dolları, həcm baxımından isə 17.5% və ya 1387 ton artıb. Belə ki, 2024-cü ilin ilk 4 ayında Azərbaycana 40 milyon 975.4 min ABŞ dolları dəyərində 7936 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların ümumi idxalda payı 0.81% təşkil edib.

Qeyd edək ki, bu ilin ilk 4 ayında idxal edilmiş kərə yağının 1 kiloqramının orta qiyməti əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35.2% artaraq 11.9 manata bərabər olub. Bu dövrdə Azərbaycanda idxal kərə yağının orta satış qiyməti 23.59 manat, yerli kərə yağının orta satış qiyməti 20.90 manat təşkil edib.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən bu ilin yanvar-aprel aylarında ölkədə 8689.6 ton kərə yağı istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.5% azdır. Beləliklə hesabat dövründə Azərbaycanda kərə yağı idxalı istehsaldan 633.9 ton çox olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru