Azərbaycanın diplomat xanımları: Neçə səfir, konsul, attaşe var?

22-05-2025, 07:35           
Azərbaycanın diplomat xanımları: Neçə səfir, konsul, attaşe var?
Azərbaycanın xaricdəki diplomatik korpuslarında çalışan qadınların sayı açıqlanıb.

Modern.az xəbər verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında öz əksini tapıb.Hesabat bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Hesabata görə, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində çalışan diplomatların ümumi sayı 69 nəfərdir.

Onlardan 2-si səfir, 1-i baş konsul, 1-i səfir müavini, 9-u müşavir, 2-si konsul, 2-si vitse-konsul, 16-sı I katib, 19-u II katib, 8-i III katib, 9-u attaşedir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru