"İsrail Qəzzada atəşkəs imkanını nəzərdən keçirməyə hazırdır"
Bu gün, 10:08
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Qəzza zolağında saxlanılan 58 girovdan təxminən 20-si sağdır. Bu barədə "AFP" məlumat yayıb. Baş nazirin sözlərinə görə, İsrail girovların azad olunması naminə Qəzzada müvəqqəti atəşkəs imkanını nəzərdən keçirməyə hazırdır.