Dünya çempionatı: Azərbaycan yığması heç-heçə ilə başladı

22-05-2025, 07:44           
Dünya çempionatı: Azərbaycan yığması heç-heçə ilə başladı
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatın ilk günündə A qrupunda yer alan Azərbaycan millisi Bəhreyni sınağa çəkib.

Gununsesi.info xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən görüş heç-heçə ilə yekunlaşıb – 1:1.

Hesabı 15-ci dəqiqədə Azərbaycan yığmasının üzvü Mirmehdi Rzayev açıb.

25-ci dəqiqədə isə qonaqların oyunçusu Ahmed Antar müdafiə xəttindəki kobud səhvdən yararlanaraq, bərabərlik qolunu vurub.

A qrupunun digər görüşündə Mavritaniya və Sloveniya kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. Görüş saat 23:00-da başlanacaq. Dünya çempionatı iyunun 1-də başa çatacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru