"Rusiya şimal sərhədlərinin təhlükəsizliyi üçün bunker tikir, digər tərəfdən NATO-ya "güc" göstərir"

Bu gün, 09:38           
"Rusiya şimal sərhədlərinin təhlükəsizliyi üçün bunker tikir, digər tərəfdən NATO-ya "güc" göstərir"
"Rusiya Finlandiya ilə sərhədində hərbi qüvvələrini gücləndirir və Ukraynada davam edən münaqişə fonunda yeni alovlanma nöqtəsi yaradır". Bu barədə “The New York Times” yazır. Qəzetin yazdığına görə, peyk görüntüləri Rusiyanın Finlandiya sərhədi yaxınlığında hərbi mövcudluğunu fəal şəkildə gücləndirdiyini təsdiqləyir - infrastruktur, qırıcı təyyarələr üçün sığınacaqlar, anbarlar tikir. “Çadırlar, döyüş təyyarələri üçün sığınacaqlar və hərbi texnika üçün anbarlar NATO-nun ən yeni üzvlərindən birinin yaxınlığında Rusiyanın mövcudluğunun güclənməsindən xəbər verir”, mətndə deyilir. Eyni zamanda, qəzet "Rusiyanın hərbi mövcudluğunu təhdidedici səviyyəyə yüksəltməsinə" ən azı daha beş il vaxtının olduğuna inanan Finlandiya rəsmilərinə istinad edir. “The New York Times” nəşrinin məlumatına görə, Finlandiya sərhədi yaxınlığında, xüsusən də Kamenka və Alakurttidəki əsas bazaların yaxınlığında hərbi fəallığın artması qeydə alınıb. Mətndə deyilir ki, oxşar fəaliyyət Estoniya yaxınlığında da müşahidə olunub. Bundan əvvəl “The Wall Street Journal” yazmışdı ki, Rusiyaya qonşu olan Avropa ölkələri Rusiya Silahlı Qüvvələrinin sərhəddəki hərəkətlərindən getdikcə daha çox narahatdırlar, çünki Moskva guya münaqişəyə hazırlaşır.
Rusiya həqiqətənmi cəbhə içində cəbhə açır?
Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Finlandiyanın NATO-ya üzv olduqdan sonra NATO şimal cəbhəsini inkişaf etdirir və burada yeni hərbi qüvvələr yerləşdirir.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə
“Rusiya da dəfələrlə deyib ki, Finlandiya və İsveç istiqamətində öz hərbi mövqelərini möhkəmləndirəcək. İndiki müstəvidə düşünmürəm ki, Rusiya Finlandiyaya və yaxud NATO-ya qarşı ikinci cəbhə açır. Çünki Ukrayna müharibəsi Rusiyanı kifayət qədər yorub. Rusiya sadəcə olaraq Finlandiya və NATO-ya əzələ nümayişi göstərmək istəyir ki, NATO ilə istənilən cəbhədə çatışa biləcək gücdədir”-deyən Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiyanın bunkerlər tikilməsi gələcəkdə, məhz şimal tərəfdən sərhədin təhlükəsizliyi ilə bağlıdır.

“Rusiya hesab edir ki, Finlandiya və İsveç tərəfdən Rusiyanın təhlükəsizliyi təhdid oluna bilər. İndiki mərhələdə NATO-ya qarşı yeni bir cəbhə açılması inandırıcı deyil”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.