Putinin müşavirindən qalmaqallı açıqlama: "SSRİ ləğv edilməyib, mövcuddur"

22-05-2025, 09:36           
Putinin müşavirindən qalmaqallı açıqlama: "SSRİ ləğv edilməyib, mövcuddur"
"1991-ci ildə SSRİ-nin ləğv edilməsi proseduru pozulduğuna görə İttifaq hüquqi nöqteyi-nəzərdən haradasa mövcuddur. Bu isə hüquqi baxımdan Ukraynadakı münaqişəni "daxili proses" adlandırmağa imkan verir".

Oxu.Az xəbər verir ki, bunu Rusiya prezidentinin müşaviri Anton Kobyakov TASS-a bildirib.

Onun sözlərinə görə, əgər Xalq Deputatları Qurultayı 1922-ci ildə SSRİ-ni yaradıbsa, İttifaq yalnız həmin qurumun qərarı ilə ləğv edilə bilərdi:

"SSRİ-nin ləğv edildiyi Belovejsk razılaşmasının bağlanması hüquqi baxımdan qəribə görünür. Müvafiq akt respublikaların ali sovetləri tərəfindən imzalanıb ki, bu da, ümumiyyətlə, onların səlahiyyətlərinə daxil deyildi", - deyə o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru