Fazil Mustafa Saleh Məmmədovu “gerizəkalı” adlandırdı - QALMAQAL
5-08-2019, 19:23
“Daha bir gerizəkalı da meydana gəldi. Professor Saleh Məmmədov. Ha oradan-buradan köçürtdüyü iqtisadi layihələrlə hökumətə yarınmaq istəyir, diqqətə alan yoxdur..
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin üzvü Fazil Mustafa sabiq maliyyə naziri, professor Saleh Məmmədovun ittihamlarına cavab olaraq bildirib.
F.Mustafa eks-nazirin onunla bağlı müraciətinə də lağ edib:
“İndi keçdi tarix mövzusuna və inanın ki, bu müraciətə görə xarici ölkələrdə, hətta bir zamanlar çalışdığı Türkiyədə adamın başına qapaz vurub universtetlərin həndəvərindən qovarlar. Olduğu kimi təqdim edirəm:
"Müraciət edirəm:
1. F. Mustafaya dövlət və ya millət vəkili adından Azərbaycan tarixini saxtalaşdıran fikirlər söyləmək qadağan olunsun.
2. F. Mustafanın tarixə dair erməni-fars və ərəb tarixçiləri ilə millət vəkili kimi həmrəylik nümayiş etdirdiyi bütün videoları, yazıları, məqalələri efirdən yığışdırılsın. Bununla, belə diskusiyaları aparan, videoları sosial şəbəkələrdə qoyan, məqalələri dərc edən mətbuat orqanları və Mətbuat şurası məşğul olmalıdır. Son vaxtlar F. Mustafaya ən çox dəstək erməni mətbuatında verilir (sülh yaratmağa, müharibəni yatırtma çalışmalarına görə deyil, məhz bu uydurmalara görə".
Bu nadana heç olmazsa dərs dediyi tələbələrdən kimsə izah edən tapılacaqmı ki, sən necə professorsan ki, hələ də anlamırsan, Fazil Mustafa dövlət adından danışmaq səlahiyyətinə sahib deyil və söylədikləri də öz fikirləridir. Üstəlik də fikir söyləməyi qadağan etmək Konstitusiyaya ziddir. Bunlar Avropaya da gedib ağıllanmırlar, Türkiyəyə də”.