"Ferrari"nin baş yarış mühəndisi komandadan ayrıldı

Bu gün, 17:14           
"Ferrari"nin baş yarış mühəndisi komandadan ayrıldı
"Formula-1" üzrə dünya çempionatının iştirakçısı olan "Ferrari" komandasının baş yarış mühəndisi Cok Klia komandadan ayrılıb.

Bu barədə İtaliyanın "Corriere dello Sport" nəşri öz mənbələrinə istinadla məlumat yayıb.

"Ferrari" hələ Klianın gedişini rəsmən elan etməyib. Buna görə də hələlik onun baş yarış mühəndisi kimi vəzifələrini kimin icra edəcəyi və 61 yaşlı britaniyalının gələcəkdə hansı işlə məşğul olacağı məlum deyil. Bununla belə, qəzet yazır ki, Klianın da cavabdeh olduğu "Ferrari"nin Yarış Akademiyasına artıq tamamilə Mark Jene baxacaq.

Cok Klia 2015-ci ildə "Ferrari"yə qoşulub. O, "Formula-1" karyerası ərzində "Benetton", "Williams", "Honda", "Brawn GP" və "Mercedes" komandalarında çalışıb, bu müddətdə dünya çempionları Jak Vilnöv, Censon Batton, Mixael Şumaxer, Niko Rosberq və Lyuis Hemiltonun yarış mühəndisi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru