“İnanaq ki, ermənilərə həddini bildirən yeni bir Pənahəli xan yetişəcək” - Vilayət Quliyev

28-08-2019, 21:45           
“İnanaq ki, ermənilərə həddini bildirən yeni bir Pənahəli xan yetişəcək” - Vilayət Quliyev
“Türk budun Tabğaçqa körür erti” - yəni “Türk xalqı Çin əsarətində idi” - 1500 il bundan əvvəl daşlara həkk olunan Orhun-Yenisey yazılarında belə deyilirdi. İndi Çində uyğur türklərinin uğradıqları məzalim haqqında fikirləşəndə yadıma ilk olaraq bu acı etiraf düşür”.
“Yeni Sabah”ın xəbərinə görə, bunu Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev deyib.

Səfir daha sonra bildirib: “Amma o zaman Bilgə Xaqan kimi qorxmaz sərkərdə, vəziri Tonyukuk kimi müdrik siyasətçi meydana atılıb xalqı köləlikdən qurtardı. Qədim aqillər demişkən, tarix təkərrürdən - yəni özünü təkrardan ibarətdir. Yəqin ki, nə zamansa uyğur türklərinin arasından da yeni Bilgə xaqanlar, Tonyukuklar yetişıb doğma xalqa azadlıq bəxş edəcək, onu yenidən məmləkət və dövlət sahibinə çevirəcək.

Bu arada inanaq ki, qarabağlıların içərisindən də ermənilərin əl-ayağını yığışdırıb onlara həddini bildirən yeni bir Pənahəli xan yetişəcək..."












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.