“Azərbaycan vurub dağıtmalıdır” - Deputatdan Əsgərandakı tikintiyə reaksiya - FOTOLAR

31-08-2019, 17:26           
“Azərbaycan vurub dağıtmalıdır” - Deputatdan Əsgərandakı tikintiyə reaksiya - FOTOLAR
“Ermənilər Əsgəranda çoxmərtəbəli bina tikirsə, Azərbaycan tərəfi həmin tikilini vurub dağıtmalıdır”.

Yeniavaz.com xəbər veriri ki, bu sözləri "Yeni Sabah"a millət vəkili Aqil Abbas Azərbaycanın işğal altında olan Əsgəran şəhərində erməni separatçılarının çoxmərtəbəli bina tikməsinə münasibət bildirərkən deyib.

“Azərbaycanda kimsə gedib bir yerdə ayaqyolu tikəndə vurub dağıtmırlar? Bunu da vurub dağıtmalıdırlar. Başqa yolu yoxdur", - deyə millət vəkili əlavə edib.

Qeyd edək ki, separatçı erməni rejimi Azərbaycanın 28-ci ildir ki, işğal altında qalan Əsgəran şəhərində çoxmənzilli binalar tikməyə başlayıb.

Erməni nəşrlərin yaydığı məlumata görə, artıq Əsgəranda 3 çoxmənzilli binanın bünövrələri qazılıb və tikinti işlərinə start verilib.

1991-ci ildən separatçı ermənilərin tam nəzarətinə keçmiş Əsgəran şəhəri Bərdə rayon mərkəzindən cəmi 60 km, işğal altındakı Ağdam rayon mərkəzindən isə 13-14 km məsafədə yerləşir. Şəhər XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın tikdirdiyi Əsgəran qalası ilə məşhurdur.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru