Arif Əliyev: "Bu virusun iqtidarı, müxalifəti yoxdur" — VİDEO "Bu virusun iqtidarı, müxalifəti yoxdur" — VİDEO
3-04-2020, 00:03
"Bu virusun iqtidarı, müxalifəti, partiya mənsubiyyəti yoxdur".
Teref.az xəbər verir ki, bu sözləri "Yeni Nəsil" Jurnalistlərin Birliyinin sədri, tanınmış jurnalist Arif Əliyev Pressklub TV-nin "Mətbuat klubu" verilişində deyib.
O, bildirib ki, belə bir şəraitdə, xüsusilə, sosial şəbəkələrdə indiki vəziyyətə siyasi böhran əlavə etmək cəhdləri də yaranır:
"Bizim cəmiyyətdə jurnalistikamızda da, siyasətimizdə də problemlər çoxdur. Amma indi onları həlli vaxtı deyil. İndi bütün səyləri birləşdirib, bir nömrəli məsələni seçib, onun ətrafında cəmiyyətin qorunması, profilasktika, xəstəliyin yayılmasına imkan verməmək, mövcud böhranalrı mümkün qədər yüngül aşmaqdır. Çox maraqlıdır ki, həmin proseslər ölkənin daxilindən çox, ölkənin xaricindən müəyyən media orqanlarının təsiri altında baş verir.
A.Əliyev, Azərbaycanın koronavirusun sıçrayış dalğasından uzaq düşməsini isə belə əsaslandırıb:
"Şükürlər olsun ki, biz, virusun nə birinci, nə ikinci, nə üçüncü dalğasına düşməmişik. İkincisi, dövlət orqanları və bilavasitə bu prosesdə prodilaktikaya məsul olan təşkilatlar əvvəllər müəyyən səhvlər buraxsalar da, sonradan xeyli dərəcədə toparlana bildilər. Yəni, bir imkan oldu ki, başqa ölkələrin səhvlərini görəsən. Xüsusən, son bir ayda müəyyən dövlət qurumlarının yaranması, vəsaitin toplanması, müəyyən proqramların işlənilməsi, xəstəxanaların hazırlanması, küçələrdə insanların xəbərdarlığı üçün keçirilən tədbirlər, yolların dezinfeksiya olunması işlərində xeyli dərəcədə müsbət elementlər var".