Qayıdış poqramı: - “Şəhid ailələri və qazilərə torpaq verilsin!”

3-12-2020, 17:49           
Qayıdış poqramı: -
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri , millət vəkili Zahid Oruc “Sherg.az”a açıqlamasında maraqlı təkliflə çıxış edib. O, deyib ki, Vətən müharibəsi müstəsna uğurlarla yadda qaldı, cinayət törədən hər bir erməni cəzalandırılmalıdır, bu qələbəyə payını vermiş hər bir azərbaycanlı isə mütləq təltif edilməlidir.

“Vətən müharibəsində şəhid olanların ailə üzvlərinə, qazilərimizə azad edilmiş ərazilərdən torpaq verilməsi, onlara ev tikilməsi həmin insanların mənəvi haqqıdır.”- deyə, parlamentari əlavə edib.

Deputat Tahir Kərimli “Sherg.az”a açıqlamasında həmkarının təklifini dəstəklədiyini deyib:

“Azad olunan ərazilər çox münbit torpaqlardır. Bu məsələnin reallaşması heç kimi narahat etməməlidir. Ərazi bütövlüyümüzü şəhid və qazilərimiz sayəsində bərpa etdiyimizi unutmamalıyıq.

Şuşa başda olmaqla bütün şəhər və rayonlarda həmin kateqoriyadan olan ailələrə torpaq ayırılmalı və lazımi infrastuktur yaradılmalıdır.

Artıq qayıdış poqramı hazırlanır, ərazilər minadan təmizlənir. Firkimcə, belə bir təklifin reallaşması həm mənəvi, həm də maddi cəhətdən mühüm əhəmiyyətə malikdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru