“Yeməyi ağıza yerləşdirən kimi maskanı taxıb çeynəyirsən ya yox” - Toylarla bağlı AÇIQLAMA

23-06-2021, 10:55           
“Yeməyi ağıza yerləşdirən kimi maskanı taxıb çeynəyirsən ya yox” -
“Toylarla bağlı qərar işləməyəcək. Bu qərarın işləməsi mümkün deyil”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli səsləndirib. O bildirib ki, toylarla bağlı qərar gəlir mənbəyi ola bilər: “Məlumat yayılıb ki, 50 nəfərə qədər insanın iştirak edəcəyi məclisdə hamı maska taxmalıdır. Ancaq yemək yeyəndə maskanı çıxartmaq olar. Sual yaranır, yemək yeyərkən deyəndə nə nəzərdə tutulur? Yəni, yeməyi ağız nahiyyəsinə yerləşdirəndən sonra, çeynəmə prosesi bura aiddir, ya yox?! Yeməyi ağıza yerləşdirən kimi maskanı taxıb çeynəyirsən, ya yox?!

“Restoranda 50 nəfər bir məclisdədir və maska taxır, mən ailəmlə ayrı masada oturub yemək yeyirəm, bu zaman biz maska taxmırıq, eləmi?! Axı əvvəlki qərarla restoranlarda maska taxmaq ləğv edilmişdi. Belə vəziyyətdə mən qaydalara nəzarət edən şəxsə necə sübut etməliyəm ki, 2 metr məndən aralı masada oturan 40-50 nəfərə aidiyyatım yoxdur – deyə natiq Cəfərli əlavə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.