Hüquqşünasla baş redaktor arasında qalmaqal: "Vəzifədə olmamısan, işləməmisən, maliyyən haradan gəlir?"

3-08-2021, 00:07           
Hüquqşünasla baş redaktor arasında qalmaqal:
Hüquqşünas Aslan İsmayılovla “Teleqraf” holdinqin rəhbəri Aynur Camal arasında qalmaqal yaranıb.
Pravda.az-ın xəbərinə görə, buna səbəb A.İsmayılovun sosial şəbəkədə “Məni gədə-güdələrə söydürən nakişilər!” başlıqlı yazısı olub.
O, yazısında ad çəkməsə də, bəzi şəxsləri tənqid edib.

A.Camal şərh bölümündə A.İsmayılova “Vəzifədə olmamısan, işləməmisən, maliyyən haradan gəlir?” sualını ünvanlayıb.

Hüquqşünas isə suala belə cavab verib: “Yalnız Azərbaycanda deyil, bir çox ölkələrdə vəkillik etmişəm. Sizin kimi monopoliya sahibi olmamışam, biznesim də yoxdur. Sizin kimi oliqarx həyatı da sürmürəm. Siz sussanız yaxışı olar”.
Aynur Camal: “Sizdən başqa heç bir vekil pul qazana bilmir də. Bir əjdaha sizsiz ki, vəkilliklə komfort həyat sürürsünüz. Qurtarmır vəkillikdən qazandıqlarınız? Axı uzun müddətdir ki, işləmirsiniz...”

Aslan İsmayılov: “Abır - həya yaxşı şeydir, adamda olanda...”
Aynur Camal: “Çox haqlısan, o da səndə yoxdur”
Daha sonra A.Camal iddia edib ki, A.İsmayılov saxta profillərlə şərh yazır. O, hüquqşünası öz adına olan profillə yazmağı tövsiyə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru