Xəstəxanalardan həyacanlı xəbərlər gəlir ki, oksigen çatışmır" - deputat

3-08-2021, 10:44           
Xəstəxanalardan həyacanlı xəbərlər gəlir ki, oksigen çatışmır" - deputat
“Xəstəxanalardan həyacanlı xəbərlər gəlir ki, oksigen çatışmır. COVID xəstələrinə isə oksigen lazımdır.

Səbəb kimi isə Sumqayıtda yerləşən Oksigen zavodunun 55 gündür ki, işləməməsi göstərilir. Ağır xəstələrin sayı artır, gündə xeyli həyəcan dolu zənglər alıram. Oksigen olmasa, vəziyyət daha da ağırlaşacaq. Bu zavodun işləməməmə səbəbi nədir, bilmirəm, amma tez təcili tədbirlər görülməlidir. Oksigen çatışmazlığı yüzlərlə xəstənin itirilməsi ilə nəticələnə bilər”.

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədri, deputat RaziNurullayev deyib.

Deputat mətbuat orqanlarını bu məsələyə diqqət ayrımağa, araşdırmağa və işıqlandırmağa çağırırıb:

“Oksigenə ehtiyacı olan hər birimizin yaxını ola bilər. Mənə belə gəlir ki, yalnız Sumqayıtda yox, digər yerlərdə də oksigen istehsalı olnmalıdır. Bilmək istərdik ki, bu sahədə hansı işlər görülür və aidiyyəti orqanlar hansı alternativ addımları atır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru