Beynəlxalq məhkəmə qarşısına çıxarılmalıdırlar" - Amerikalı ekspert

16-08-2021, 00:03           
Beynəlxalq məhkəmə qarşısına çıxarılmalıdırlar" - Amerikalı ekspert
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır.

Bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib.

O qeyd edib ki, Ermənistan terrorçu dövlətdir və öz Metsamor atom elektrik stansiyası ilə növbəti Çernobıl fəlakətinə səbəb yaradacaq rejimə külli miqdarda pul ayırmaq dəhşətli bir səhvdir.

"Ermənistanın silahlı qüvvələrin və faşist rejiminin terror hərəkətləri beynəlxalq qanunları pozur, sülh və demokratik beynəlxalq nizam prinsiplərinə xələl gətirir. Ermənistanın regional təhlükəsizlik üçün yaratdığı saysız-hesabsız risklər, suveren Azərbaycan ərazisində ekoloji terrorun davam etdirməsi beynəlxalq siyasi və iqtisadi təzyiqlərin köməyi ilə həll edilməli olan ciddi problemlərdir.

Erməni rejiminin rəhbərləri Azərbaycanın günahsız əhalisinə qarşı törətdikləri cinayətlərə, habelə Avrasiyanın ətraf mühitinə, su və meşə ehtiyatlarına ziyan vurduqlarına görə məsuliyyət daşımalı və Beynəlxalq məhkəmə qarşısına çıxarılmalıdırlar", - deyə ekspert tamamlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru