Həkim: "Sosial məsafəni qoruyun, maska taxın deyəndə insanlar qıcıqlanırlar" - VİDEO

19-08-2021, 16:20           
Həkim: "Sosial məsafəni qoruyun, maska taxın deyəndə insanlar qıcıqlanırlar" - VİDEO
"Cəmiyyətin davranışında hansısa dəyişiklik olmayıb. Ona görə də, yoluxmanın dəhşətli dərəcədə yüksələcəyini düşünmürəm. Amma hesab edirəm ki, təhlükəli vəziyyət hələ davam edəcək".

V.İsmayıl onu da bildirib ki, maska taxılması ilə bağlı təbliğat əks-effekt verə bilər:

"Hamı hər şeydən yorulub. Qaydalardan da, söhbətlərdən də və bu cür yaşayış tərzindən də yorulmuşuq. Məncə, indi biz maska təbliğatına başlasaq, əks-təsir verəcək. Sosial məsafəni qoruyun, maska taxın kimi məsələləri danışanda artıq insanlar qıcıqlanırlar. Real mənzərəni əks etdirmək və gələcəyi göstərmək lazımdır. İndi yaydır və insanlar dincəlməyə, bağ evlərinə gedirlər deyə təmas az olur. Lakin qarşıdan yeni tədris ili gəlir. Məncə, Azərbaycanda peyvəndlənmə kifayət qədər olmasa, nəticə yaxşı olmaz".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru