“Heç kimi qorxutmaq istəmirəm, Allah Azərbaycanımızı qorusun!” – Qubad İbadoğlu
20-08-2021, 21:34

“Heç kimi qorxutmaq və vəziyyəti dramatikləşdirmək niyyətində deyiləm. Müşahidələrim və qarşılaşdığım hadisələr göstərir ki, virusun hazırkı forması sürətlə yayılır və ölümü də cavanlaşdırır”.
AzToday.az xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyib.
O, bildirib ki, bu günlərdə qohumları və tanışları arasında virusa görə xəstəxanada yatanlar, həyatını itirənlər olub:
“Mən nəinki tanıdıqlarımın, həm də xalqımın başından bir tük də əskik olmasını arzulamaram. Amma gəlin gerçəkliyi nəzərə alaq, yenə də əlini yelləyib, “boş şeydir” deyənlərə fikir verməyək.
Əvvəla, qapalı yerlərdə maskasız olmayaq, növbələrdə məsafə saxlayaq.
İkincisi, görüşləri, qonaq getmələri, evdə tədbirləri təxirə salaq.
Üçüncüsü, xəstəliyimizi gizlətməyək, özünü təcridə keçək, xəstə olanda çölə çıxıb, ictimai yerlərdə gəzməyəcək.
Nəhayət, peyvənd olunaq. Tədqiqatlar göstərir ki, peyvənd olunanlar arasında virusa yoluxanlar azdır, peyvənd olunub, virusa yoluxanlar xəstəliyi yüngül keçirir. və onlar arasında ölüm göstəriciləri aşağıdır.
Lütfən, özümüzü və ailəmizi, cəmiyyətimizi və dövlətimizi qoruyaq. Hazırkı situasiyada yeganə ricam budur.
Allah sizi saxlasın, Azərbaycanımızı qorusun!”.