“Bakıda “avtoşluq“ edənlərin çoxu məmur uşaqlarıdır“

21-08-2021, 13:11           
“Bakıda “avtoşluq“ edənlərin çoxu məmur uşaqlarıdır“
Baş Dövlət Yol Polisi İdarəsi bəzi sürücülərə qarşı təkcə inzibati qaydada deyil, ictimai qınaq metodlarından istifadə etməklə mübarizə aparmağın daha səmərəli olacağına inanır. Bəs bu metod nə dərəcədə effektli olacaq?

“Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə “Şərq”ə açıqlama verib. O, hər zaman ictimai qınağın tərəfdarı olduğunu bildirib:

“Yenə o fikirdəyəm ki, insanlar ətrafda baş verən hadisələrə biganə qalmamalıdırlar. Hesab edirəm ki, ictimai qınaq ən effektiv tərbiyə üsullarından biridir. Mütləq bu üsuldan faydalanmalıyıq. DYP-nin açıqlamasını normal qarşılayıram. Amma o fikirdəyəm ki, hər bir dövlət qurumu ümumxalq mənafeyi üçün əlindəki resurslardan maksimum istifadə etməlidir. Heç kimə sirr deyil ki, Bakıda, o cümlədən respublikanın digər bölgələrində qaydaları pozan, “avtoşluq” edən sürcülərin əksəriyyəti məmur övladları, imkanlı şəxslərin uşaqlarıdır. DYP onlara münasibətdə ayrı-seçkiliyə yol verməməlidir. Atasının vəzifəsinə, yaxud maddi imkanına görə heç bir sürücünün yaramaz əməlinə göz yummaq olmaz. Əgər qanunun aliliyi hamıya eyni qaydada şamil olunsa, qayda pozuntularının sayı ən azı yarıbayarı azalar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.