Həkim: Payızadək əhalinin 60 faizinin peyvəndlənməsi mümkünsüzdür

24-08-2021, 11:45           
Həkim: Payızadək əhalinin 60 faizinin peyvəndlənməsi mümkünsüzdür
Payızadək əhalinin 60 faizinin koronavirusa qarşı peyvəndlənməsi bu gedişatla çətin olar.

Metbuat.az xəbər verir ki, bunu ARB24-ün “Gündəm” verilişinə açıqlamasında həkim Rəşad Mahmudov deyib.

“Burada dövlətin qoyduğu əzmkarlıq nəticəsində çatışmazlıq deyilən bir hadisə ilə rastlaşmamışıq. Buna peyvəndlənmə prosesi başladığı ilk gündən şahidik. Lakin cəmiyyətin bu məsələdə həssaslığı sadəcə dalğalar əmələ gələn zaman yaranması, sonra vəziyyət sakitləşəndə isə yenidən hər kəsin ona qarşı antitəbliğat aparması kimi hadisələr lazım olan hədəfə çatmağımızda çətinlik yaradır. Tarix boyunca bilinən həqiqət var ki, epidemioloji xəstəliklərlə mübarizədə, dalğaların artmasının qarşının alınmasında peyvəndlənmə prosesində kütləviliyin qısa müddətdə olması lazımdır. Çünki bu gün 2.5 milyon insan peyvəndlənibsə və gələn ilin martınadək digər 2.5 milyon peyvəndlənsə belə, əvvəlki peyvəndlənənlərdə artıq peyvəndin təsiri keçmiş olacaq”,- deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru