Əmrullah Saleh: "Əfqanıstanın Talibanıstan olmasına icazə verməyəcəyik"

26-08-2021, 19:10           
Əmrullah Saleh:
Eastnews.org-un verdiyi xəbərə görə, Əfqanıstanın keçmiş vitse-prezidenti bu gün verdiyi müsahibədə bu ölkədə Əşrəf Qani hökumətinin süqutunun üç səbəbini açıqlayıb.
Əfqanıstanın sabiq vitse-prezidenti Əmrullah Saleh "News 18"ə verdiyi müsahibədə, amerikalıların ölkəsinin Talibanın əlinə keçməsinə səbəb olduğunu bildirib.

Sabiq vitse-prezident ölkəsinin Talibanıstana çevrilməməsi üçün müharibəni davam etdirəcəyini deyib:

"Pakistanın Talibana yardımı, Doha danışıqları və ABŞ-ın Kabil hökumətinə güclü təzyiqi Əşrəf Qaninin süqutunun üç səbəbi idi. Pul tələb edərək bizi təhdid etdilər ki, ya Taliban məhbuslarını azad edəcəksən, ya da sənə yardımı kəsib hərbi dəstəyimizi azaldarıq".
Qeyd edək ki, Əfqanıstanın keçmiş vitse-prezidenti, son həftələrdə Taliban Kabili ələ keçirdikdən sonra Pəncşir əyalətinə köçüb.

Mənbə: Mehr News Agency












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru