"Xahiş edirəm, bir də bu haqda məndən bir şey soruşmayın" - Əli Həsənov SÜKUTU POZDU

31-08-2021, 13:23           
"Xahiş edirəm, bir də bu haqda məndən bir şey soruşmayın" -
Bu günlərdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənov bir qrup şəxsin onun tualetdə erotik videosunu yaymaqla şantaj etdiyini bildirmişdi.

Bununla bağlı “Tvitter” hesabında paylaşım edən Ə.Həsənov gizli çəkilən fotosu ilə şantaj edildiyini qeyd etmişdi:

“Nə zamansa tualetdə mənim gizli şəkildə çəkilmiş və böyür-başı müxtəlif erotik videolarla bəzədilmiş video görüntülərimi yaymamaq üçün bəzi ünvanlardan ciddi təhdid sifarişləri alıram. Bu haqda əvvəlcədən aidiyyəti qurumlara xəbər vermişəm. Bu bir şəbəkə mafiyasının işidir və lazımi anda öz cəzasını alacaq”, deyə Əli Həsənovun paylaşımında vurğulanıb.

Amma o, təhdid edildiyi şəxslərin kimliyini açıqlamasa da, paylaşımında şantajla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini vurğulamışdı. Daha sonra isə həmin paylaşımı silmişdi. Bir neçə gün sonra isə Əli Həsənov “Facebook” və “Twitter” hesablarını da dondurmuşdu.

Sözügedən məsələ isə hələ də ictimaiyyətdə müzakirə predmetidir.

Məsələ ilə bağlı Prezidentin sabiq köməkçisi Əli Həsənov Bizim.Media-ya danışıb.

O, bununla bağlı nə lazımdırsa açıqlandığını və əlavə heç bir şərhə ehtiyac olmadığını deyib:

“Nə lazımdırsa, açıqlamışıq, əlavə şərhimiz yoxdur. Xahiş edirəm, bir də bu haqda məndən bir şey soruşmayın”, deyə Əli Həsənov əlavə edib.

Əli Həsənovun şantaj olunması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciətinə gəlincə, Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev bu barədə mlumatsız olduğunu deyib.

Xatırladaq ki, Əli Həsənov 1995-ci ildən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik edib. 2015-ci ildə şöbə müdiri vəzifəsini saxlamaqla, həm də prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi təyin olunub. 2019-cu ilin noyabrında vəzifədən azad edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.