"Tədris ilinin ənənəvi qaydada başlanılması üçün heç bir maneə yoxdur"

6-09-2021, 11:56           
"Tədris ilinin ənənəvi qaydada başlanılması üçün heç bir maneə yoxdur"
"2021-2022-сi tədris ilinin ənənəvi qayda başlanılması üçün düşünürəm ki, hər hansı bir maneə yoxdur".

Bunu Tehsil.biz-ə açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, bunun üçün ötən ilə nisbətən bu il daha əlverişli imkan yaranır:

"Baxmayaraq ki, gündəlik yoluxma 3000-4000 həddindədir, amma bunun qarşılığında da ölkə əhalisi hər gün vaksinasiya olunur. Artıq kifayət qədər birinci doza vaksinasiya olunmuş, eyni zamanda ikinci doza vaksinasiya olunmuş vətəndaşlarımız var. Yəni bütün bunları da nəzərə aldıqda ənənəvi formada dərsləri müvafiq şərtlər daxilində, yəni izoliyasiya qaydalarına riayət olunmaqla başlatmaq mümkündür. Üstəlik ötən illə müqayisədə bu il təhsil işçiləri istər müəllimlər, istərsə də, texniki işçilər və s. onlar da vaksinasiya prosesindən keçiblər. Orta ixtisas, eyni zamanda ali təhsil müəssisələrinin tələbələrindən də COVİD19 pasportu tələb olunduğu üçün onların da müəyyən bir hissəsi vaksinasiya olunub".

Elçin Əfəndi orta ümumi təhsil müəssisələrində dərslərin böyük ehtimalla 15 sentyabrdan ənənəvi qaydada başlanılacağını bildirib:

"Bunları düşündükdə demək olur ki, dərslər ənənvi qaydada başlanmalıdır. Nəzərinizə çatdırım ki, orta ümumi təhsil müəssisələrində dərslər böyük ehtimalla 15 sentyabrdan ənənəvi qaydada başlanılacaq. Amma hal-hazırda müzakirə getdiyi üçün dəqiq bir nəticə yoxdur və bu nəticələrin məntiqi bir sonluğu da təəssüflər olsun ki, ictimaiyyətə açıqlanmır. Bu gecikmələ rdə yersiz naratlıqlar yaradır. Valideyinlər, eyni zamanda şagirdlər və tələbələr də haqlı olaraq tələb edirlər ki, öz işlərini vaxtında idarə edə bilsinlər. Ona görə də gec olmadan ictimaiyyətə müvafiq olaraq dərslərin ənənəvi ve yaxud distant olması ilə bağlı məlumat çatmalıdır"

Fəqan Əzimli.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.