"Azərbaycan Ordusu tam olaraq peşəkar hərbi birləşmə formasını alır" - EKSPERT RƏYİ

20-10-2021, 18:06           
"Azərbaycan Ordusu tam olaraq peşəkar hərbi birləşmə formasını alır" - EKSPERT RƏYİ
“Vətən müharibəsinə qədər Azərbaycan Ordusunun inkişaf dövrünü bir neçə mərhələyə bölmək olar. Bu mərhələlərdən birincisi 1997-ci ilə qədər olan dövrdür. Bu dövrdə Azərbaycan Ordusunun yaradılması və ilkin strukturunun formalaşdırılmasıdır. Sonrakı dövrü isə 2005-ci ilə qədər olan dövrdür ki, bu dövrdə ordumuz özünün texniki imkanlarını bir qədər inkişaf etdirərək şəxsi heyət problemlərini həll edir. Zabit, komandir çatışmazlığı həll olunur və ordunun artıq struktur, şəxsi heyət problemi öz həllini tapır. 2005-ci ildən 2018-ci ilə qədər olan dövr isə Silahlı Qüvvələrin yenilənməsi, modernləşdirilməsi və müasir standartlara cavab verən ordu tipinin yaradılması dövrüdür”.

Teref.az xəbər verir ki, bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Ramin Məmmədli deyib.

Ekspertin sözlərinə görə, biz bunun məntiqi nəticəsini 2020-ci ildə 44 günlük Vətən müharibəsində açıq-aydın gördük və Azərbaycanla eyni ilkin texniki imkanlara malik olan Ermənistan üzərində Azərbaycan ordusu üstünlük qazanaraq işğalda olan əraziləri geri qaytara bildi:

“Bu, Azərbaycan Silahlı Qüvvələrinin yeni ordu tipinin uğuru idi. Yəni, ordunun mobil döyüş aparması üçün həyata keçirilən islahatlar döyüşlərə öz töhfəsini vermiş oldu. Artıq Vətən müharibəsi bitdi və Azərbaycan Silahlı Qüvvələri daha müasir ordu tipinin formalaşdırılmasına start verdi. Biz bunu müharibədən sonra başlanan hərbi təlimlərdə açıq şəkildə gördük. Azərbaycan Silahlı Qüvvələri artıq daha mobil, müasir texnologiyalarla təchiz olunmuş silahlı birləşmə formatına gətirilib çıxarıldı”.

R.Məmmədli vurğulayıb ki, yeni komando hərbi birləşməsinin yaradılması da bundan xəbər verir:

“Artıq Azərbaycan ordusu tam olaraq peşəkar hərbi birləşmə formasını alır. Biz buna qədər Xüsusi Təyinatlı Qüvvələrin və digər xüsusi birləşmələrin timsalında bu peşəkar qoşun birləşməsinin şahidi olurduqsa, bu gün artıq Azərbaycan ordusunun yerüstü əməliyyatları həyata keçirəcək yeni hərbi birləşmənin yaradılmasına start verildi. Ali Baş Komandan cənab İlham Əliyevin də söylədiyi kimi Azərbaycan ordusu artıq Türkiyə Silahlı Qüvvələrinin modelini əsas götürərək yeni inkişaf dövrünə qədəm qoydu. Hesab edirəm ki, məhz, bu yaradılan hərbi hissə də Azərbaycan ordusunun kiçik bir nümunəsidir. Yəni, pilot layihədir və gələcəkdə bu hərbi birləşmə bütün Silahlı Qüvvələrin formatında özünü göstərəcək və Azərbaycan ordusunun daha mobil, çevik döyüş aparmaq imkanını yaradacaq”.шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.