Boşanma klişeləri: “Qız pozğun idi”, “oğlan narkoman...”

27-10-2021, 12:42           
Boşanma klişeləri:
Hər il minlərlə insan ailə həyatını bitirir, yəni boşanır. Cəmiyyətdə boşanmalara yaxşı baxılmır. Bəzən boşanmış cütlüklər barədə oğlan evi deyir ki, “qız pozğun idi”, qız evi də oxşar müdafiə mövqeyi tutur: “oğlan narkoman idi”.

Psixoloq Aygün Cəfərova mövzu haqqında Yenisabah.az-a danışıb:

“Bu problem yalnız qadın-kişi münasibətlərində deyil, digər ikitətəfli münasibətlərdə də özünü göstərir. Məsələn, ana-uşaq münasibətləri, iş yerində və ya dostluq münasibətlərində də bu cür günahlandırılmalarla qarşılaşa bilirik.

İnsanlar məsələyə obyektiv yanaşa bilmədikləri zaman reallığı qəbul edə bilmirlər. Nəticə etibarilə daxillərindəki “mən”i sakitləşdirmək üçün qarşı tərəfi günahlandırırlar. Əgər onlar öz reallıqlarını qəbul etsələr, onlar üçün çox çətin vəziyyət yaranacaq. Buna görə də günahı başqalarının boynuna ataraq öz vicdanlarını rahataladırlar. Nəticədə, qalmaqallı münaqişələr, boşanmalar yaranır”.

Psixoloq evlilik yaşına qədər olan dövrdən də danışıb:

“Şəxsiyyətlər hər hansı problemi həll edərkən, bir-birinin fikirlərinə, dəyərlərinə hörmətlə yanaşmalıdır və ona əsasən qərar verilib, yol tutulmalıdır. Təəssüf ki, bu proses insanlara aşılanmır. Aşılanmalıdır ki, sən kiminsə fikirinə hörmətlə yanaşdığın zaman sənin də fikrinə hörmətlə yanaşılsın.

Ailə quran zaman, boşanar tərəflər çalışır ki, öz hökmlərini, yaxud da hansısa fikirlərini sübut etməklə özlərini tamamlasınlar. Bu da problemlərə, böyük münaqişələrə gətirib çıxarır.

Əgər insanlar bir-birilərinin dəyərlərinə hörmətlə yanaşsalar, burada heç bir münaqişədən söz gedə bilməz. Hətta münaqişələrin sayı azalar, düzgün tərəfkeş seçimi də ola bilər”.

Mehri Qurban












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.