“Ermənilər elə bildi ki, Bakını da ələ keçirəcəklər” - Rusiyalı ekspert

28-10-2021, 11:07           
“Ermənilər elə bildi ki, Bakını da ələ keçirəcəklər” -
“Müharibənin əvvəlində Moskvanın böhranın həlli üçün irəli sürdüyü ideyalar daha çox Ermənistan üçün faydalı idi. Amma heç kim qulaq asmadı və belə bir fikir yarandı ki, İrəvan Bakını ələ keçirəcək”.

Modern.az xəbər verir ki, bunu Rusiyanın Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski deyib.

O qeyd edib ki, nəticələr göz önündədir:

“Real vəziyyət İrəvan üçün kədərli, lakin Bakı və Ankara üçün yaxşıdır. Əvvəl Ermənistan Bakı ilə yanaşı, Moskvanın məsləhətinə qulaq assaydı, Azərbaycanla münaqişəni müstəqil şəkildə həll edə bilərdi. Amma Ermənistan Rusiyanın dediklərini dinləmədi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru