“14 peşəkar hərbçini itirməyimiz ağır faciədir”

1-12-2021, 08:08           
“14 peşəkar hərbçini itirməyimiz ağır faciədir”
Sərhəd qoşunlarımıza məxsus hərbi helikopterin xidməti uçuş vaxtı qəzaya düşməsi və hərbçi övladlarımızın həlak olması hamımızı sarsıtdı.

Teref.az xəbər verir ki, bu sözləri xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı qeyd edib.

“Qarabağ savaşında verdiyimiz şəhidlərimizin ürəyimizdə açdığı yaralar hələ tam sağalmamış, dinc günlərdə 14 peşəkar hərbçini itirməyimiz ağır faciədir. Vətən yolunda qurban gedən bütün şəhidlər kimi, həlak olan sərhədçilərimizin də xatirəsi əbədi yaşayacaqdır.

Allah həlak olanlara rəhmət eləsin, ailələrinə səbir versin”, – millət vəkili bildirib.

Qeyd edək ki, dünən Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri təlim zamanı Xızı rayonu ərazisindəki Qaraheybət poliqonunda qəzaya uğrayıb. Qəza nəticəsində 14 zabit həlak olub, 2 zabit yaralanıb.axar












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru