Ölən şəxsin pensiyasını almaq mümkün olacaq – Azərbaycanda yenilik

25-04-2022, 11:44           
Ölən şəxsin pensiyasını almaq mümkün olacaq – Azərbaycanda yenilik
Ailə başçısını itirməyə görə, pensiya məbləğlərinin hesablanması qaydalarında yeni təklifə görə, bu istiqamətdə 2 yenilik nəzərdə tutulur.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu sözləri iqtisadçı deputat Vüqar Bayramov deyuib.

O, bildirib ki, “Əmək Pensiyaları haqqında” qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik ailə başçısını itirdikdən sonra dünyasını dəyişmiş şəxsın pensiyasının ailə üzvüləri arasında bölüşdürülməsini nəzərdə tutur: “Hazırda yaşa, yaxud əlilliyə görə pensiya alan şəxs ailə başçısını itirdikdə və ailə başçısını itirməyə görə də pensiya hüququ yarandıqda öz pensiyasını seçirsə, ona hesablanan pensiya məbləği digər ailə üzvləri arasında bölüşdürülmür. Dəyişikliklərdən sonra bu reallaşacaq”.

Vüqar Bayramov bildirib ki, digər dəyişiklik, pensiyaçı dünyasını dəyişəndən sonra onun əmək pensiyasının sığorta hissəsi məbləğinin indeksləşdirilməsi ilə bağlıdır.

Yeni layihə qəbul olunandan sonra, dünyasını dəyişən şəxsin pensiya kapitalının indeksasiya olunub artırılması halı mümkün olacaq. Qanunun 18.3-cü maddəsinə ediləcək düzəlişə əsasən pensiyaçı olan şəxs vəfat etdikdə və ailə üzvlərinin sonralar ailə başçısını itirməyə görə pensiya almaq hüququ yarandıqda həmin dövr ərzində də əmək pensiyasının sığorta hissəsinin məbləği indeksləşdiriləcək və ailə başçısını itirməyə görə pensiyanın sığorta hissəsi daha yüksək məbləğdə təyin olunacaq. Sığorta məbləğinin həcmi böyük olan zaman artımlar daha böyük faizlə ifadə olunacaq.

Dəyişiklik layihəsi Milli Məclisinin 26 aprel tarixili Plenar İclasında müzakirəyə çıxarılacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.