“Tanrı insanları belə yaratmır, o boyda arxa olmaz, bu kimin üçündür?” - Rövşanə Ağasəfqızı

10-06-2022, 18:22           
“Tanrı insanları belə yaratmır, o boyda arxa olmaz, bu kimin üçündür?” -
“Bu qədər gözəlliyə müdaxilə etmək birmənalı qəbul etmədiyim bir şeydir. Hesab edirəm ki, bu kənardan heç də yaxşı görünmür. Təbii ki, yaş gəldikcə, müəyyən müdaxilələrin olması normaldır, yəni gözəl görünmək lazımdır. Amma bu şəkildə yersiz müdaxilələr, aşırı, bayağı müdaxilə insanı çox gülünc vəziyyətə salır və gülməli görünür”. Teref.azZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında aparıcı Rövşanə Ağasəfqızı plastik əməliyyat etdirən xanımlar haqda danışarkən deyib. Aparıcı deyib ki, həddən artıq müdaxilə insanı gülünc göstərir:

“Qadınlarda artıq individuallıq itib, fərqli qadınlar yoxdur, hamıda şişmiş dodaqlar, şişmiş yanaqlardır. Bir sözlə, hamısı eyni sifət alıb. Sanki bunları bir ana doğub, bir ailənin üzvləridirlər. Ümumiyyətlə, düşünürəm ki, bir insanı maraqlı edən onun özünün fərdiliyi və fərqliliyidir. Bu həm qadınlara, həm də kişilərə aiddir. Hamının eyni sifətdə olması çox biədəb görünür. Bunu qəbul etmirəm və mən də Ofelya xanımın fikirlərinə qatılıram.

Mənə elə gəlir ki, dünyanın heç bir ölkəsində qadınların sifətinə bu qədər müdaxiləsi yoxdur. Bu bizdə belə dəbdir. Bundan estetik cərrahlar qazanır, qadınlar da çox eybəcər bir hala düşürlər. İnanın ki, heç yaxşı görünmürlər. Hətta təkcə üz görünüşü deyil, bədən şəkilləndirməsi də biabırçı hal alıb. Təsəvvür edin ki, bir neçə saat bundan qabaq salondaydım, bir qadın gəldi, beli bir qarış, arxa nahiyyəsi isə bir metr idi. İnanın ki, o qədər biədəb görünürdü. Mənə elə gəlir ki, bu adamlar özlərini arxası böyük olan heyvan obrazına bənzədirlər. Aydındır ki, Tanrı insanları belə yaratmır, o boyda arxa olmaz. Bu nəyə lazımdır, kimin üçündür, özlərinə bir sual versinlər və başları üzərində işləsinlər. İnanın ki, insanın qafası varsa, o elə fərqli, sevilən, gözəl olacaq. Bir az özlərinə baxımlı olsunlar”.

Qeyd edək ki, Xalq artisti Ofelya Sənani də açıqlaması zamanı estetik əməliyyat etdirən qadınları tənqid edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.