Qreq Vayner: “Dünya amerikamərkəzlidir və heç kim bunu dəyişmək iqtidarında deyil”

18-06-2022, 12:15           
Qreq Vayner: “Dünya amerikamərkəzlidir və heç kim bunu dəyişmək iqtidarında deyil”
“ABŞ iqtisadiyyatının gücü faktiki olaraq sarsılmazdır. Dünya amerikamərkəzlidir və heç kim bunu dəyişmək iqtidarında deyil”.

Bu sözləri amerikalı politoloq Qreq Vayner Rusiyanın dünyada iqtisadi sistemi məhv etmək imkanı barədə Oxu.Az-ın suallarını cavablandırarkən bildirib.

O, bununla bağlı son günlərə aid bir nümunə də göstərib.

“Bu yaxınlarda dünyanın ən bahalı korporasiyalarının adları açıqlanıb. Bunlar “Apple”, “Google”, “Amazon” və “Microsoft”dur. Onların hamısı ABŞ-ındır, ümumi dəyərləri trilyonlarla dollarla qiymətləndirilir. Bəs (Rusiyanın - red.) vəd etdiyi yeni nizam, ABŞ-ın sınmış iqtisadiyyatı hanı? Yardım istəyən ABŞ haradadır?”, - deyə o, bildirib.

Politoloq qeyd edib ki, Birləşmiş Ştatlar bütün dünyanın qərarlarına təsir edə bilər və nə Çin, nə də başqa ölkə heç nəyi dəyişə bilməz.

“Yeri gəlmişkən, Çin haqqında. Payızda orada maraqlı hadisələr baş verəcək: Çin Kommunist Partiyasının qurultayı keçiriləcək, hakimiyyət uğrunda çox ciddi mübarizə gözlənilir. ÇXR rəhbəri yoldaş Si Cinpini daha qərbyönlü biri ilə əvəzləmək istəyənlər çoxdur. Əgər Çində rəhbərlik dəyişsə, o zaman dünyada çox şey dəyişəcək və Rusiya güclü tərəfdaşsız qalacaq”, - deyə Vayner sözlərini yekunlaşdırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.