"Qaziyə 80 manat verilən ölkədə deputatın 2500 alması utancvericidir" - ETİRAZ

21-06-2022, 19:38           
"Qaziyə 80 manat verilən ölkədə deputatın 2500 alması utancvericidir" - ETİRAZ
“Ümumiyyətlə, artımın heç bir zaman ziyanı yoxdur”. Bu sözləri Yenisabah.az-a aaçıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib. O, Milli Məclisin deputatlarının maaşlarının artırılması qərarına münasibət bildirib.

Xatırladaq ki, dəyişikliyə əsasən, deputatlar bundan sonra Milli Məclis sədrinin adlığı maaşın (3550 AZN) 70%-i miqdarında maaş ala biləcək.

Məsələyə şərh verən T. Abbaslı qeyd edib ki, adətən, bu, nazir və deputatlara tətbiq olunanda cəmiyyətdə qıcıq yaradır:

“Amma mən onun tərəfdarı deyiləm ki, niyə filankəsin maaşı artdı və s. Mən onun tərəfdarıyam ki, müəllimin də, həkimin də, hərbçinin də, qazinin də maaşı artsın. Biz buradan duraq deyək ki, niyə maaşınız artdı, deyəcəklər ki, bizim də xərclərimiz var. Amma eyni zamanda o müəllimin də, həkimin də, hərbçinin də, qazinin də xərcləri var. Qaziyə 80 manat verilən ölkədə deputatın 2500 alması utancvericidir. Ən azından qazinin 80 manat biabırçılığı aradan qaldırılmalıydı. Heç olmasa bəlli bir rəqəmə istinad edəydilər. Axı 80 nədir? 80 minimum əməkhaqqı deyil, minimum istehlak səbəti deyil. Bu veterana niyə məhz 80? Niyə 800 yox, 80?”.

“Mən o deputatlara məsləhət görərdim ki, öz maaşlarının artmasından ruhlasınlar və digər qeyd etdiyim sahələrdə maaşların qaldırılması haqqında qərarlar qəbul edib, qanun layihəsi çıxarsınlar.

Məsələn, ombudsmanın da maaşı qalxdı. Mən sizi əmin edirəm ki, parlamentdə təmsil olunan deputatların 80-90%-i – hansı ki, onların arasında oliqarx olmayan deputatlar da var – maaş kartlarını bankomata salıb pul çıxarmırlar, heç xəbərləri belə yoxdur ki, aylıq maaşları nə qədərdir. Çünki onların o maaşa ehtiyacları yoxdur, kifayət qədər gəlirləri var”, - deyə Ağ Partiya sədri yekunlaşdırıb. //yenisabah.az//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.