Azərbaycanın bu misilsiz təlimdə iştirakı... - Karauz

24-06-2022, 08:22           
Azərbaycanın bu misilsiz təlimdə iştirakı... - Karauz
“Anadolu Qartalı – 2022” beynəlxalq taktiki-uçuş təlimi həm hərbi pilotların peşəkarlığını, həm də döyüş zamanı qabiliyyət və bacarıqlarını artırmaq üçün keçirilən ən üst səviyyəli təlimdir.

Bu sözləri Axar.az-a Azərbaycanın da qatıldığı “Anadolu Qartalı – 2022” təlimləri haqda danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

O bildirib ki, sözügedən təlim iki ildə bir keçirilir:

“Təlimlərə 5 ölkə və NATO birbaşa, 13 ölkə isə müşahidəçi kimi qatılır. Təlimlərdə qırıcı təyyarələrlə yanaşı, helikopterlərdən, silahlı və silahsız PUA-lardan, eyni zamanda HHM sistemlərindən istifadə edilir. Yəni təlimlərdəki müxtəlif modeldəki təyyarələrin dost və düşməni ayırma, bərabər hərəkət etmə sistemləri, radarlar və radarlara qarşı tədbirlər, eyni zamanda digər oxşar məsələlərlə bağlı praktiki təlim-tədris prosesi həyata keçirilir. Azərbaycan uzun illərdir ki, “Anadolu Qartalı” təlimlərində iştirak edir. Təlimlərin Konyada keçirilməsi də təsadüfi deyil. Avropada belə xüsusiyyətli təlimlərin təşkil oluna biləcəyi yeganə yer Konyadır. Dünyada isə Konya bəhs etdiyimiz relyef və iqlim xüsusiyyətlərinə sahib üç bölgədən biridir. “Anadolu Qartalı” dünyadakı döyüş pilotu tədrisinin HHM sistemləri ilə keçirilən möhtəşəm örnəklərindəndir. Azərbaycan da bu təlimlərdə İkinci Qarabağ müharibəsində qazandığı təcrübəni NATO sistemi içərisində və Türkiyənin də sahib olduğu bilik və bacarıqla yoğuraraq “Qızıl alma”ya doğru irəliləyir. Təlim eyni zamanda dənizdə və dəniz səmasında da müştərək şəkildə keçirilir. Dolayısı ilə həm qurudan, həm havadan, həm də dənizdən yarana biləcək təhdidlərin müəyyən edilməsi və vurulmasını kompleks şəkildə özündə birləşdirən hava hərəkatı təlimidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.