"Bizdə də bu “xalq çimərlikləri”ni yaratmaq lazımdır"

27-06-2022, 19:23           
"Bizdə də bu “xalq çimərlikləri”ni yaratmaq lazımdır"
“Çimərliklərlə bağlı problemləri birtərəfli basqıyla qəbul etmək lazım deyil. Məsələn, Türkiyədə otel və istirahət mərkəzlərinin öz əraziləri var. Amma orda üstünlük odur ki, “xalq çimərliyi” deyilən yerlər var. Bodrumda bundan 10-15 ədəd var. Bir var insanlar üçün, bir də var istirahət mərkəzləri üçün olur. Bizdə də bu “xalq çimərlikləri”ni yaratmaq lazımdır”. Teref.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında şair Zakir Fəxri deyib. Şair dəniz sahillərini müəyyən şəxslərin hasara almasının yolverilməz olduğunu bildirib:

“Təəssüflər olsun ki, bizdə bu xalq çimərliyi yoxdur. Bizdə baş verənlər isə özbaşınalıqdır, doğru olan bir şey deyil. Biz dəniz sahilinə avtomobilimizlə sərbəst daxil ola bilmirik. Giriş də, çıxış da pulsuz olmalıdır. İDEA İctimai Birliyinin sədri Leyla xanım Əliyeva ictimai çimərliklər yaratdı. Bu da çox gözəl təşəbbüsdür. Mən təklif edərdim ki, gərək insanlarımız müraciət etsin və Leyla xanım sahil zonalarında, Sumqayıtdan Bakıya kimi bu çimərlikləri yaratsın”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru