“İrəvan, Göyçə, Qərbi Zəngəzur müzakirə predmeti kimi ortaya qoyula bilər” — ŞƏRH
28-06-2022, 08:08
Əslində Paşinyanın özü Azərbaycanla sülh sazişi imzalanmasına süni maneələr törədən şəxsdir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı deyib.
Ətraflı
Politoloq qeyd edib ki, radikalların bununla bağlı hay-küyü də Paşinyanın özünə sərf edir:
“Bəhanəsi guya Ermənistan cəmiyyətinin sülh sazişinə müsbət yanaşmamasıdır. Eyni zamanda Ermənistan hakimiyyəti dərk edir ki, Azərbaycanla barışmağın alternativi yoxdur. Onlar bu prosesi uzatmaqla beynəlxalq təşkilatların daha aktiv müdaxiləsinə ümid edirlər və Minsk qrupunun fəallaşmasına bel bağlayırlar. Azərbaycan isə bu durumda Ermənistanın bu hərəkətinə prezident İlham Əliyevin dediklərindən çıxış edərək, onun mövqeyindən yanaşmaqdan başqa yolu yoxdur. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımırsa, biz də Ermənistanı tanımırıq. Və gələcəkdə bu, davam edərsə Azərbaycan öz tarixi ərazilərinə iddiasını ortaya qoymalıdır. Hesab edirəm ki, İrəvan, Göyçə, Qərbi Zəngəzur müzakirə predmeti kimi ortaya qoyula bilər. Zatən İrəvan Türk Cümhuriyyəti olaraq biz öz mövqeyimizi ortaya qoymuşuq. Biz tarixi torpaqlarımızda qanunsuz qurulmuş Ermənistan adlı dövləti tanımırıq”.