Meşə yanğınları iqlim dəyişikliyi yaradır - Ekspert

29-06-2022, 08:39           
Meşə yanğınları iqlim dəyişikliyi yaradır - Ekspert
Bildiyimiz kimi, Türkiyənin Marmaris vilayətində meşə yanğını baş verib. Bəzi mütəxəssislər bunun iqlim dəyişikliyi ilə bağlı olduğunu deyirlər.
Doğrudan da, tez-tez baş verən meşə yanğınlarının arxasında iqlim böhranı varmı? Qlobal istiləşmənin bu yanğınlara təsiri nə dərəcədədir? Bu iqlim dəyişkənliyi ekoloji problem yarada bilərmi?
Məsələ ilə bağlı iqlim məsələləri üzrə ekspert Məhərrəm Mehtiyev Bakupost.az -a açıqlama verib.
İqlim dəyişkənliyinin fakt olduğunu deyən ekspert, bu dəyişkənliklərə uyğunlaşma tədbirlərinin vacib olduğunu qeyd edib:
"İqlim dəyişkənliyinin təzahürləri özünü aydın şəkildə göstərir. İstilər düşür. Meşə ərazilərində torflar var. Həmin torflar bu temperaturda öz-özünə qızışaraq yana bilirlər. Torf maddələri daha çox bataqlığa, çaylara yaxın, ümumiyyətlə, nəmişlik yerlərdə yaranır. Bir çox dövlətlər torfdan enerji kimi istifadə edir. Bizdə sənaye potensialı olmadığına görə enerji kimi istifadə olunmur. Torf yananda çox miqdarda karbon qazı yaradır. Bu da istilik effekti yaradan qaz olduğu üçün atmosferdə iqlim dəyişikliklərinə mənfi təsir göstərir. Ona görə də torf olan ərazilərdə yanğından mühafizə kimi tədbirlər görülməlidir. Meşə yanğınlarına insan fəaliyyətləri də səbəb ola bilər. Bu daha çox ehtiyatsızlıq nəticəsində baş verir".
Ekspert yanğınlardan sonra yarana biləcək ekoloji problemlərə diqqət çəkib:
“Təbii ki, yanğınlar nəticəsində havaya karbon qazı ilə birlikdə zəhərli maddələr qalxır. Bu zəhərli maddələr, tüstülər həm insanların səhhətinə təsir edir, həm də ekoloji problemlər yaradır. Hətta bəzən yağışların palçıq şəklində yağdığına şahid oluruq. Ümumiyyətlə, bütün bunların hava üçün problemləri var. Atmosferə atılan zərərli maddələr iki yerə bölünür. Birincisi, istilik effekti yaradan qazlar, karbon, metan, neftlə birgə çıxan səmt qazı və s. Digəri isə kimyəvi maddələrdir. Bunlar soyuducu və kondisionerlərdə istifadə olunan qazlardır. Bunlara istixana qazı deyirlər.
Bir də çirkləndirici maddələr var. Məsələn, CO2 (Karbon monoksid). CO2 insana təsir edən ən zərərli qazlardandır. Daha çox su qızdırıclarında yaranır. Meşələrdə baş verən yanğınlar da ətraf mühitdə bu qazları yaradır. Bunlar təbii ki, insan sağlamlığına zərər yetirir. Onlar daha çox insan fəaliyyətinin çox olduğu energetika sahəsində yaranır".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.