“İndi belə çıxır ki, Azərbaycan xalqının ümidi bu siyasət dullarına qalıb...” - ETİRAZ

29-06-2022, 17:33           
 “İndi belə çıxır ki, Azərbaycan xalqının ümidi bu siyasət dullarına qalıb...” - ETİRAZ
“Sabir Rüstəmxanlının təklifi heç kəsin ağlına gəlməyən bir şeydir. Əslində Sabir Rüstəmxanlı düz deyir. Otuz il müddətində torpaqlarımız xaraba qoyulub, Azərbaycanın Qarabağ hissəsi Hirosima adlandırılır. Guya ATƏT-in Mins Qrupu bu məsələni həll etməliydi. Həll etməkləri gözlərinə girsin, oraları dağıdanlara bir təsir də göstərməyiblər. Bu isə o deməkdir ki, “ATƏT-in Minsk Qripi” adlandırdığım bu qurum bilavasitə bu hadisələrin iştirakçısı olub, erməniləri dəstəkləyib, çünki erməni özbaşına belə qələtlər edə bilməzdi”. TEREF.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında yazıçı Seyran Səxavət deyib. Yazıçı yaxın dostu, millət vəkili Sabir Rüstəmxanlının ATƏT-in Minsk Qrupu haqqında səsləndirdiyi fikirləri dəstəklədiyini bildirib:

“Sabir Rüstəmxanlının fikirləri mənə çox maraqlı gəldi, eşq olsun, dəstəkləyirəm və mütləq ATƏT-in Minsk Qrupunu Beynəlxalq məhkəməyə vermək lazımdır. Biz onda nəyəsə nail ola bilərik. Bu boyda xalqın yerləşdiyi o yer çox vacibdir, ordan çox yollar keçir, gəlir. Biz özümüzə burdakı 10 milyon kimi baxmayaq. Deməli, biz bütün ağlı başında olan ölkələr üçün maraqlı ölkəyik. Bütün bunlara arxalanmaq lazımdır.

Bizim həmişə xislətimiz elə olub ki, cavab vermişik, cavab tədbiri görmüşük. Bu dəfə də qabağa düşək də. Bu siyasət oyunbazları bu abırla təzədən hansı üzlə peyda olmaq istəyirlər... Bizim xalqın əxlaqına, tərbiyəsinə qurban olum. Bunlar siyasətdə dul qalıblar. Onları öz şeirimdə də dul adlandırmışam. İndi belə çıxır ki, Azərbaycan xalqının ümidi bu siyasət dullarına qalıb. Sabir Rüstəmxanlının dediklərini əlaqədar təşkilatlar mütləq həyata keçirməlidir”.

Qeyd edək ki, millət vəkili Sabir Rüstəmxanlı çıxışı zamanı ATƏT-in Misnk Qrupunu məhkəməyə verməyimizi təklif edib. O, çıxışı zamanı bunları deyib: “Azərbaycan torpaqları dağıdılıb, viran qoyulub. ATƏT-in Minsk Qrupu bu prosesi təkcə müşahidə etməyib, həm də iştirakçı olublar. Onlar bu ərazilərə səfər ediblər, vəziyyətin nə yerdə olduğunu bilavasitə görüblər. Biz Azərbaycan xalqı adından Minsk Qrupunu məhkəməyə verməliyik. Onlar bilməlidirlər ki, bundan sonra bu prosesə qatılmağa heç bir haqqı yoxdur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.