Natiq Cəfərli: "Hökumətin kefi belə istəyir, quru sərhədləri açmır"

2-07-2022, 09:16           
Natiq Cəfərli: "Hökumətin kefi belə istəyir, quru sərhədləri açmır"
“Bir neçə gündür Gürcüstandayam, yollar Ermənistan, Türkiyə, hətta Rusiya nömrəli maşınlarla doludur, bir tək Azərbaycan nömrəli maşınlar yoxdur, çünki hökumətin kefi belə istəyir, quru sərhədləri açmır”.

MillətinSəsi.info xəbər verir ki, bu sözləri REAL partiyasının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb.

"Açmamağı bir qırağa, hökumətdən bir "babaigid" çıxıb səbəbi də demir - virus görbagör olub, bütün ölkələr sərhədlərini çoxdan açıb, deməli səbəb pandemiya ola bilməz. Yaxşı, səbəb təhlükəsizlikdirsə, bizim hökumətə kim deyib ki, təxribarçılar ancaq quru sərhədlə gələ bilər?!

Yəqin onlara deyiblər ki, baxın ha, təxribatı ancaq quru yolla keçsəz edə bilərsiz, nəbadə təyyarə ilə gedib təxribat zad edəsiz! Bəyəm, quru sərhəd nəzarətsizdir, ordan keçəndə pasport yoxlanılmır, məlumat bazasına baxılmır?! Təyyarə ilə gələndə də, quru yolla sərhədi keçəndə də eyni prosedurlardan keçirsən axı!”, - deyə o qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.