Tanınmış aktrisadan ŞOK AÇIQLAMA: "Nişanlım küçədə məni döydü"

2-07-2022, 18:23           
Tanınmış aktrisadan ŞOK AÇIQLAMA:
Əməkdar incəsənət xadimi, tanınmış aktrisa Məlahət Abbasova rejissor Nail Naiboğlunun "Qırmızı" adlı layihəsində maraqlı açıqlama verib.

Lent.az-ın məlumatına görə, aktrisa keçmiş nişanlısının ona şiddət göstərdiyini etiraf edib.

M.Abbasova toyuna 1 həftə qalmış çalışdığı teatrın qarşısında nişanlısının küçədə onu döydüyünü bildirib:
"Üstündən illər keçib. Bir işin içinə şiddət girirsə, orada heç nə yoxdur. Qarşı tərəf şərt qoymuşdu ki, sənəti davam etdirməyəcəksən. Həyatımın ən yorğun, sıxıntılı vaxtları var idi. Məndə bir travma yaradıb.

Azərbaycanın öz mentaliteti var: nişan qayıda, toy təxirə salına bilməz. Bizim toya 3 dəfə ölüm girdi: bibim, əmim rəhmətə getdi, onlarda bir nəfər dünyasını dəyişdi. Hər dəfə də toy təxirə salındı", - aktrisa bildirib.

Məlahət Abbasova maraqlı etiraflar edib: "Ailə qurmağımdan artıq 30 il keçir. Özüm boyda oğlum var. Oğlum ailə qursa, nənə olacağam. Türkiyəyə getdiyimdə nişanlı idim. O insan haqda nələrsə söyləmək istəmirəm. Bakıda haqqımda çıxan dedi-qodular doğru deyil. Guya, toya 1 həftə, 1 ay qalmış getmişəm. Qismət...

Bizim o insanla toy tariximiz 4 dəfə ləğv olundu: müəyyən qısqanclıqlar var idi. Türkiyəyə getməsəydim də toy olmayacaqdı. Həyat yoldaşımı Türkiyədə tanıdım, 2 ay sonra evləndik. O zamanlar mənim üçün sıxıntılı bir dönəm oldu. Bu qərarı verməkdə də çox çətinlik çəkirdim. Türkiyə vətəndaşı ilə ailə qurmağıma ailəm pis reaksiya verdi. Atam bir il məni danışdırmadı".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.