"Mən avam idim, bilmirdim ki, dostluq, necə, nə cür olur"

11-07-2022, 11:48           
"Mən avam idim, bilmirdim ki, dostluq, necə, nə cür olur"
“2 gündən bir mahnı çıxarmaq mənim üçün şablon bir işdir. İnsanların gözü intizarda qalmalıdır, qoy bir az darıxsınlar. Bəzən deyirlər ki, niyə görünmürsüz? Demək ki, artıq mənim üçün darıxıblar. Vay o gündən desinlər ki, “ay Allah, bir insan nə qədər görünər?” Mahnı seçimi çətindir, onu gözəl təqdim etmək lazımdır. Mən istəmirəm ki, bayağı mahnıları təbliğ etsinlər. Sosial şəbəkələr yaxşı şeylər üçün təbliğatdır. Həm özlərini, həm də mahnılarını bayağılaşdırırlar. Əlimdə elə mahnılarım var ki, onlara klip çəkdirmək istədim, amma gördüm ki, mahnı çox sevildi, bəyənildi. Gərək klip elə möhtəşəm olmalıdır ki, mahnını kölgədə qoysun. Hər dəfə klip çəkdirim deyə təlxək kimi ortalığa düşmək istəmirəm”. TEREF xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Rafael Dadaşovun müğənni qızı Səidə Dadaşova deyib. O daha sonra sənətdəki dostluqlardan danışıb.

“İndiyə qədər dostluqda səmimiyyətimdən istifadə ediblər. Elə indi də istifadəçilər çoxdur. Mən bəndədən gözləmirəm. Deyirəm ki, hər kəsi Allah mükafatlandırsın. Mənim niyyətim hara, mənzilim də oradır. Dost sözünü ucuzlaşdırıblar. Mən avam idim, bilmirdim ki, dostluq, necə, nə cür olur? İndiki uşaqlar artıq bilirlər. Mən çox dostlarımdan yanıldım, bir dostumdan yanılmadım, o da Aslan Hüseynov idi. O mənə bir mahnı hədiyyə etmişdi, Özbəkistanda özü aranjman etdirmişdi. Aslan həm dost, həm həmkarım, həm də qardaşım idi. Ailəmin içi idi ən əsası, ürəyimin adamı idi. Hətta harasa gedəndə də deyirdim ki, nə vaxt qayıdacaqsan? O həmişə deyirdi ki, “dost tərifləməz, dost danlayar, düzgün yola göstərər”. Bir çox şeylərdə Aslan mənim önümü tutub ki, səhv addım atmayım. Deyirdim ki, kaş Aslan yanımda olardı, məni danlayardı” deyə müğənni bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.