Qazini “sındıran” adamı tapmaq lazımdır. - Deputat qazinin intiharı barədə

13-07-2022, 15:37           
Qazini “sındıran” adamı tapmaq lazımdır. - Deputat qazinin intiharı barədə
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən qazi Elvin Cəfərov vəfat edib.
Sabirabadın icra başçısı Siraqəddin Cabbarov qaziyə diqqət göstərildiyini və tələblərinin həyata keçirildiyini deyib.
Maraqlıdır, tələbləri yerinə yetirilibsə, qazi niyə intihar edib? İcra hakimiyyəti orqanı məsuliyyəti üzərindən atmağa çalışır?
Dia.az-ın məlumatına görə, məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən millət vəkili Aqil Abbas qeyd edib ki, qazinin ölümü ilə bağlı heç bir qurum məsuliyyət daşımaq istəmir:
“İcra başçıları “JEK” "naçalniki”dirlər. Səhiyyə, mədəniyyət, su, işıq, qaz idarələri icra hakimiyyətinə tabe deyil və icra başçısının orada sözü keçmir. Onların hamısı icra başçısına pul verirlər. Bir çox rayonlara indi pul da ayrılmır. Deyirlər ki, özün özünü dolandır. İcra başçıları kolxoz sədrləri kimidir. Demirəm ki, icra başçıları süddən çıxmış ağ qaşıqdırlar, lakin icra başçısı deyir ki, qazi üçün hər şey etmişəm. O, Vətən uğrunda qazi olub, bütün qurumlar onun problemi ilə maraqlanmalı və həll etməlidirlər. İndi hər kəs günahı üstündən atacaq. Qazi ölüb, hamı deyir, mənim günahım yoxdur. Qazi öz əcəli ilə ölməyib, özünü yandıraraq intihar edib. Bəs kimin günahıdır? Qazi Elvin Cəfərov videoda deyib ki, dünən məni “sındırdılar”. Qazini “sındıran” adamı tapmaq lazımdır. Bu, hüquq-mühafizə orqanlarının işidir, axtarıb onu tapmalıdırlar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.