"Bu fakt çox böyük problemin mövcud olduğunu göstərir" - Millət vəkili qazinin intiharı haqda

14-07-2022, 00:00           
"Bu fakt çox böyük problemin mövcud olduğunu göstərir" -
“Qazinin özünü yandıraraq intihar etməsi faktı çox böyük problemin mövcud olduğunu göstərir"
“Qazilərin psixloji vəziyyəti araşdırılmalı, müalicələri təmin olunmalıdır”.
Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Asim Mollazadə qeyd edib.
O, qazilərə ciddi psixoloji dəstəyin göstərilməli olduğunu və bunun üçün xüsusi sistemin yaradılmasının zəruriliyini vurğulayıb:
“Qazinin özünü yandıraraq intihar etməsi faktı çox böyük problemin mövcud olduğunu göstərir. Dəfələrlə parlamentin iclaslarında Azərbaycanda müharibə iştirakçılarına, qazilərə diqqət göstərilməli olduğu barədə çıxış etmişəm Onların çox ciddi psixoloji problemləri var. Vaxtında zəruri psixoloji dəstək almadıqları üçün ağır faktlarla üzləşirik. Ona görə də təxirəsalınmaz işlər görülməlidir. Xüsusi şəbəkə yaradılmalıdır. Onların psixloji vəziyyətləri araşdırılmalı, müalicələri təmin olunmalıdır. Təəssüf ki, belə bir sistem yoxdur. Söhbət qəhrəman oğullarımızdan, qazilərimizdən, müharibə əlillərimizdən gedir. Bu hadisə gözlənilən idi. Vaxtilə bir sıra ölkələr də eyni problemlə üzləşib. Amerikada Vyetnam müharibəsindən sonra bu halları “veteranlar sindromu” adlandırırdılar. Yəni, bunun fəsadları dünyada görünüb. Biz bu vəziyyətə hazır olmalıydıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru